...

Qarabağ Azadlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı məlumatları internet vasitəsilə yaymağa başlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2010 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir M.Əliyev/

Qarabağ Azadlıq Təşkilatı (QAT) Xocalı soyqırımı ilə bağlı məlumatları ingilis və rus dillərində internet vasitəsilə yaymağa başlayıb. Bu barədə bazar ertəsi QAT-ın məlumat xidmətindən bildiriblər.

Hazırlanmış məlumatlar beynəlxalq təşkilatların, səfirliklərin, ayrı-ayrı şəxslərin elektron ünvanlarına göndərilir, həmçinin facebook şəbəkəsi çərçivəsində yayımlanır. Göndərilən 15 səhifəlik mətndə Xocalı soyqırımının nə cür baş verdiyi, faciəli hadisələrin xronikası, azərbaycanlı və erməni şahidlərin ifadələri, Xocalı soyqırımının kiçik yaşlı qurbanlarının siyahısı, bu dəhşətli hadisəni törətmiş hərbi canilərin adları verilir.

Materiallar Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanıb, ingilis və rus dillərinə tərcümə edilib.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Xəbər lenti

Xəbər lenti