...

İqor Popov özünün ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri təyin olunması haqda məlumatı təsdiqləmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2010 14:53 (UTC +04:00)
Rusiyanın Mozambikdə fəaliyyət göstərən səfiri İqor Popov özünün ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk Qrupunda rusiyalı həmsədr təyin olunması haqda məlumatı təsdiqləmir. Bu barədə Trend News-a RF-in Mozambik və Svazilenddəki səfirliyinin katibi Yekaterina Mixaleviç məlumat verib.
İqor Popov özünün ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri təyin olunması haqda məlumatı təsdiqləmir

Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir E.Tarıverdiyeva/

Rusiyanın Mozambikdə fəaliyyət göstərən səfiri İqor Popov özünün ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk Qrupunda rusiyalı həmsədr təyin olunması haqda məlumatı təsdiqləmir. Bu barədə Trend -a RF-in Mozambik və Svazilenddəki səfirliyinin katibi Yekaterina Mixaleviç məlumat verib.

"Cənab səfir özünün mümkün təyinatı ilə bağlı sizin agentliyin sorğusunu cavablandırıb və bildirib ki, yanlışlıq baş verib. Onun ATƏT-in Minsk Qrupu ilə heç bir əlaqəsi yoxdur və bu məlumatdan təəccüblənib", - deyə Mixaleviç bildirib.

Dünən Ermənistanın News.am saytı İqor Popovun ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunda yeni rusiyalı həmsədr təyin olunmasının mümkünlüyü haqqında məlumat yayıb. NEWS.am bu barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyindəki diplomatik mənbələrə istinadən bildirib.

İqor Popov 2005-ci ilin iyulundan RF-in Mozambik Respublikasında və Svazilend Krallığında fövqəladə və səlahiyyətli səfiridir. Nazirliyin mərkəzi aparatında və xaricdə müxtəlif diplomatik vəzifələrdə çalışıb, RF XİN-in MDB ölkələri üzrə birinci departamentinin direktor müavini olub.

Xəbər lenti

Xəbər lenti