...

Xocalı faciəsi ilə bağlı Nyu York qəzetində məqalə çap edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2010 20:10 (UTC +04:00)
Nyu Yorkda rus dilində buraxılan "Yeni Meridian" ("Новый Меридиан") qəzetində Azərbaycanın BMT yanında daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfiri Aqşin Mehdiyevin Xocalı faciəsi ilə bağlı "Xocalı soyqırımı - XX əsrin dəhşətli faciələrindən biridir" ("Ходжалинский геноцид - одна из чудовищных трагедий ХХ века") adlı məqaləsi çap edilib.
Xocalı faciəsi ilə bağlı Nyu York qəzetində məqalə çap edilib

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir M.Əliyev/

Nyu Yorkda rus dilində buraxılan "Yeni Meridian" ("Новый Меридиан") qəzetində Azərbaycanın BMT yanında daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfiri Aqşin Mehdiyevin Xocalı faciəsi ilə bağlı "Xocalı soyqırımı - XX əsrin dəhşətli faciələrindən biridir" ("Ходжалинский геноцид - одна из чудовищных трагедий ХХ века") adlı məqaləsi çap edilib. Bu barədə Trend -a daimi nümayəndəlikdən bildiriblər.

Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdikləri və şəhəri yerlə yeksan edərək dinc əhaliyə divan tutduqları barədə oxuculara ətraflı məlumat verilir. Eyni zamanda, məqalədə Xocalının strateji əhəmiyyəti, soyqırımın törədilmə səbəbləri, hadisələrin gedişatı və onun nəticələri barədə bildirilir.

Qəzetdə Xocalı soyqırımını əks etdirən fotoşəkillər dərc edilib.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Xəbər lenti

Xəbər lenti