...

Kanada Parlamentinin deputatı Xocalı faciəsi qurbanlarının xatirəsini yad etməyə çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Mart 2010 14:15 (UTC +04:00)
Kanada Parlamentinin deputatı Hedi Fray ümumi palatanın növbəti iclasında həmkarlarını ölkəsinin Azərbaycan icması ilə birgə Xocalı faciəsi qurbanlarının xatirəsini yad etməyə çağırıb. Bu barədə Azərbaycanın Ottavadakı Səfirliyinin mətbuat xidmətindən bildirilir.
Kanada Parlamentinin deputatı Xocalı faciəsi qurbanlarının xatirəsini yad etməyə çağırıb

Azərbaycan, Bakı, 12 mart / Trend /

Kanada Parlamentinin deputatı Hedi Fray ümumi palatanın növbəti iclasında həmkarlarını ölkəsinin Azərbaycan icması ilə birgə Xocalı faciəsi qurbanlarının xatirəsini yad etməyə çağırıb. Bu barədə Azərbaycanın Ottavadakı Səfirliyinin mətbuat xidmətindən bildirilir.

Fray, həmçinin, Kanadada yaşayan nümayəndələri xalqların həyatında baş verən faciələri anmağa çağırıb.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq mühasirədə qaldığından, Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000-ə yaxın müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil.

Xəbər lenti

Xəbər lenti