Azərbaycan, Bakı, 3 aprel / Trend /
Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 2-də saat 14.30-dan 15.00-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxa Nəbi və Ağbulaq kəndlərində yerləşən mövqelərimizi; saat 11.50-dən 12.10-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 19.35-dən 19.45-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; aprelin 3-də saat 00.20-dən 00.45-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 00.30-dan 00.40-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.
Ermənistan silahlı qüvvələrinin hərbi bölmələri atəşkəs rejimini pozub
Ermənistan silahlı qüvvələrinin hərbi bölmələri atəşkəs rejimini pozub