...

RF XİN Türkiyənin ATƏT MQ-nin həmsədr ölkələri sırasına daxil edilməsi barədə Azərbaycanın təklifini öyrənir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Aprel 2010 11:24 (UTC +04:00)
Rusiya XİN Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində vasitəçi kimi çıxış edən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin tərkibinə Türkiyənin daxil edilməsi ilə bağlı Azərbaycanın təklifini öyrənir. Bunu RF xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Andrey Nesterenko deyib. Məlumatı nazirliyin saytı yayıb.
RF XİN Türkiyənin ATƏT MQ-nin həmsədr ölkələri sırasına daxil edilməsi barədə Azərbaycanın təklifini öyrənir

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.Tarıverdiyeva/

Rusiya XİN Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində vasitəçi kimi çıxış edən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin tərkibinə Türkiyənin daxil edilməsi ilə bağlı Azərbaycanın təklifini öyrənir. Bunu RF xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Andrey Nesterenko deyib. Məlumatı nazirliyin saytı yayıb.

"Son vaxtlar müəyyən sayda təkliflər irəli sürülüb. Biz onları öyrənirik. Lakin müvafiq qiymətləndirmə aparmaq üçün danışıqlar prosesində iştirak edənlərin hər biri ilə əlaqə saxlamalı və onların bu məsələyə münasibətini aydınlaşdırmalıyıq", - Nesterenko deyib.

Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ nizamlanması mövzusuna fəal cəlb olunub. "Həmkarlarımız ilə əlaqələrdən sonra müəyyən vaxtdan sonra biz geniş açıqlama verə bilərik", - Nesterenko bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan ATƏT-in Minsk Qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti