...

Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər" separatçı rejimin ömrünün uzadılmasına xidmət göstərir - Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 May 2010 10:23 (UTC +04:00)
Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər" separatçı rejimin ömrünün uzadılmasına xidmət göstərir, - Trend-ə bu barədə bazar ertəsi Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənov bildirib.
Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər" separatçı rejimin ömrünün uzadılmasına xidmət göstərir - Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir M.Əliyev/

Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər" separatçı rejimin ömrünün uzadılmasına xidmət göstərir, - Trend-in məlumatına görə jurnalistlərə bu barədə bazar ertəsi Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənov bildirib.

"Həmin seçkilər ermənilərin qeyri-qanuni fəaliyyətinə qanuni don geyindirilməsinə xidmət göstərir. Necə ki Dağlıq Qarabağda Azərbaycan və Ermənistanın razılığı ilə ümumi bir hüquqi status razılaşdırılmayıb, saziş imzalanmayıb, əhali yerinə qaytarılmayıb, oradakı seçkilər qanuni hesab oluna bilməz", - Həsənov bildirib.

Mayın 23-də Dağlıq Qarabağda separatçı rejim qondarma "parlament seçkisi" keçirib. Bir çox beynəlxalq təşkilatlar, o cümlədən, Avropa İttiffaqı bu seçkiləri tanımayacağını bəyan edib.

Prezident Administrasiyasının şöbə müdiri hesab edir ki, istənilən halda əhalinin yarısı didərgin, qaçqın-köçkün vəziyyətində olduğu bir bölgədə seçki keçirmək mümkün deyil.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti