...

Almaniyanın turist şirkətinin Dağlıq Qarabağa qanunsuz səfər təşkilinin qarşısı alınıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 May 2010 11:24 (UTC +04:00)
Azərbaycanın Almaniya Federativ Respublikasındakı Səfirliyindən verilən məlumata əsasən, Drezdendə yerləşən "DİAMİR Erlebnisreisen GmbH" turist şirkətinin internet səhifəsində sözügedən şirkətin Ermənistana və Dağlıq Qarabağa turist səfərlərinin təşkil edilməsi ilə bağlı məlumat verilib. Bu barədə çərşənbə axşamı XİN-in mətbuat xidməti məlumat yayıb.
Almaniyanın turist şirkətinin Dağlıq Qarabağa qanunsuz səfər təşkilinin qarşısı alınıb

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Almaniya Federativ Respublikasındakı Səfirliyindən verilən məlumata əsasən, Drezdendə yerləşən "DİAMİR Erlebnisreisen GmbH" turist şirkətinin internet səhifəsində sözügedən şirkətin Ermənistana və Dağlıq Qarabağa turist səfərlərinin təşkil edilməsi ilə bağlı məlumat verilib. Bu barədə çərşənbə axşamı XİN-in mətbuat xidməti məlumat yayıb.

Sözügedən şirkətin internet ünvanında Ermənistana və Dağlıq Qarabağa təşkil edilən 13 günlük turist səfərlərinin 3 gününün işğal olunmuş Azərbaycan torpaqlarında keçirilməsi nəzərdə tutulub. Həmçinin, qeyd olunur ki, Dağlıq Qarabağ heç zaman Azərbaycan torpaqları olmamış, əhalisinin 95%-ni ermənilər təşkil etmişdir. Stalinin 1924-cü ildə bölgəni Azərbaycana verməsi kimi bir sıra yanlış məlumatlar da burada öz əksini tapıb.

Azərbaycanın Almaniyadakı Səfirliyinin müvafiq müraciəti nəticəsində, qeyd olunan məlumatlar düzəldilib və "DİAMİR Erlebnisreisen GmbH" şirkəti tərəfindən üzrxahlıq məktubu daxil olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti