...

Niderland Krallığı Dağlıq Qarabağda separatçı rejimin keçirdiyi "parlament seçkiləri"ni tanımadığını bəyan edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 May 2010 10:48 (UTC +04:00)
Azərbaycanın Niderland Krallığındakı Səfirliyindən verilən məlumata əsasən, Niderland Krallığının Xarici İşlər Nazirliyindən Azərbaycanın işğal edilmiş torpaqlarında keçirilən "qondarma parlament seçkiləri" ilə əlaqədar məktub daxil olub.
Niderland Krallığı Dağlıq Qarabağda separatçı rejimin keçirdiyi "parlament seçkiləri"ni tanımadığını bəyan edib

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir M.Əliyev/

Niderland Krallığı Dağlıq Qarabağda separatçı rejimin keçirdiyi "parlament seçkiləri"ni tanımadığını bəyan edib.

Azərbaycanın Niderland Krallığındakı Səfirliyindən verilən məlumata əsasən, Niderland Krallığının Xarici İşlər Nazirliyindən Azərbaycanın işğal edilmiş torpaqlarında keçirilən "qondarma parlament seçkiləri" ilə əlaqədar məktub daxil olub. Sənəddə Niderland Krallığının Dağlıq Qarabağda keçirilən "qondarma parlament seçkiləri" ilə əlaqədar ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, münaqişənin sülh yolu ilə ATƏT-in Minsk qrupu çərçivəsində həll olunmasına inam öz əksini tapıb; məlumatı bazar ertəsi Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Mayın 23-də Dağlıq Qarabağda separatçı rejimin qondarma "parlament seçki"si keçirilib. BMT, ATƏT, Avropa Birliyi və digər beynəlxalq təşkilatlar "seçki"ləri tanımadıqlarını bəyan edib və bu aksiyanı pisləyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti