...

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Azərbaycanda girovluqda olan Ermənistan vətəndaşları ilə görüşüblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyun 2010 11:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan nümayəndəliyinin mətbuat katibi Gülnaz Quliyeva çərşənbə axşamı Trend-ə bildirib ki, Ermənistan vətəndaşı Eqişe Petrosoviç Gevorkyanın ailəsi ilə görüş zamanı onların saxlanma şəraitinin monitorinqi aparılıb. Girovluqda olan Ermənistan vətəndaşları yaxın qohumlarına məktub göndəriblər.

Gevorkyan və dörd ailə üzvü bu ilin yanvarında birlikdə Yerasx - Naxçıvan məntəqəsindən Naxçıvana keçiblər.

Erməni sərhədçilərinin əmrinə tabe olmayaraq, sərhəd çəpərini qıraraq Naxçıvana keçib. Erməni sərhədçiləri maşında iki azyaşlı uşağın olduğunu nəzərə alaraq atəş açmayıblar. Onlar Azərbaycana keçən kimi sərhədçilərimiz tərəfindən saxlanılıblar.

Hazırda Azərbaycanda altı erməni hərbçisi əsirlikdədir.

Onlar Ermənistan ordusundakı dözülməz vəziyyətə, işgəncələrə etiraz edərək, Azərbaycan tərəfə keçdiklərini deyiblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub.1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti