...

Ermənistan öz işğalçılıq siyasətini davam etdirərək regional əməkdaşlığa böyük zərbə vurur – Azərbaycanın millət vəkili

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyun 2010 18:55 (UTC +04:00)
Ermənistan öz işğalçılıq siyasətini davam etdirərək regional əməkdaşlığa böyük zərbə vurur. Trend-in çərşənbə günü verdiyi məlumata görə, bu sözləri Qətərin paytaxtı Dohada keçirilən 10-cu Doha Forumunda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü millət vəkili Qənirə Paşayeva forumda çıxışı zamanı deyib.
Ermənistan öz işğalçılıq siyasətini davam etdirərək regional əməkdaşlığa böyük zərbə vurur – Azərbaycanın millət vəkili

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir T.Hacıyev/

Ermənistan öz işğalçılıq siyasətini davam etdirərək regional əməkdaşlığa böyük zərbə vurur. Trend-in çərşənbə günü verdiyi məlumata görə, bu sözləri Qətərin paytaxtı Dohada keçirilən 10-cu Doha Forumunda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü millət vəkili Qənirə Paşayeva forumda çıxışı zamanı deyib.

Millət vəkili Ermənistanın işğalçılıq siyasəti yeridərək Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyini və bunun nəticəsində 1 milyon azərbaycanlının öz yurd-yuvasından, öz evindən didərgin düşdüyünü bildirib və belə bir halın dünyada analoqu olmadığını diqqətə çatdırıb. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Azərbaycanda hər 9 azərbaycanlıdan birinin qaçqın və məcburi köçkün həyatı yaşadığını bildirən millət vəkili vurğulayıb ki, Ermənistan işğal etdiyi ərazilərdə azərbaycanlilara məxsus evləri, məktəbləri, təhsil ocaqlarını, tarixi və mədəni abidələri də dağıdıb.

Trend-in arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

"Sizin ölkələriniz BMT, onun Təhlükəsizlik Şurasının, ATƏT, onun Minsk qrupunun və digər beynəlxalq təşkilatların üzvləridir. Sizcə BMT, onun Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkitlatlar bu problemin həlli üçün, 1 milyon insanın öz evinə qayıtması üçün Ermənistana təzyiq etməli deyillərmi?" - Paşayeva forum iştirakçılarına müraciət edib.

"Biz sizi Ermənistanın işğalı nəticəsində qaçqın və məcburi köçkün düşmüş və 15 ildən artıqdır ki, öz yurd-yuvasına, öz evinə dönə bilməyən 1 milyon insanın həyatına biganə qalmamağa, onların öz evlərinə, öz yurd-yuvalarına dönmələri istiqamətində səylərinizi, Azərbaycana dəstəyinizi artırmağa çağırırıq", - Paşayeva əlavə edib.

Millət vəkili Ermənistanın BMT-nin 4 qətnaməsinə, Avropa Şurası Parlament Assambleyası, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymaraq işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmədiyini və 1 milyon azərbaycanlının öz evinə dönməsinə imkan vermədiyini vurğulayıb. Beynəlxalq təşkilatların öz qətnamələrinin yerinə yetirilməsi istiqamətində Ermənistana təzyiq göstərməli olduğunu diqqətə çatdırıb.

Sammit iştirakçıları Azərbaycanın ədalətli mövqeyini dəstəkləyərək Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvasına dönməsi, münaqişənin tənzimlənməsi istiqamətində beynəlxalq ictimaiyyətin və təşkilatların öz fəaliyyətilərini artırmasının vacib olduğunu vurğulayıblar.

Forum çərçivəçində bir çox ölkələrdən olan iştirakçılara Heydər Əliyev Fondunun hazırladığı Azərbaycan həqiqətlərini, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında vandalizm aktlarını, Xocalı soyqırımını özündə əks etdirən kitablar və digər materiallar təqdim olunub.

Xəbər lenti

Xəbər lenti