...

Ermənistan danışıqlar prosesində maraqlı olmadığını bir daha nümayiş etdirir - Qarabağ Azadlıq Təşkilatı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyun 2010 13:46 (UTC +04:00)
Cəbhə xəttində atəşkəsin daha intensiv şəkildə pozulması, faktik olaraq, lokal döyüşlərin baş verməsi artıq ciddi nəticələr çıxarmaq üçün əsas verir. Ermənistan atəşkəsi bu şəkildə pozmaqla danışıqlar prosesində maraqlı olmadığını bir daha nümayiş etdirir. Bu barədə çərşənbə axşamı Qarabağ Azadlıq Təşkilatı yaydığı bəyanatda bildirib.
Ermənistan danışıqlar prosesində maraqlı olmadığını bir daha nümayiş etdirir - Qarabağ Azadlıq Təşkilatı

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir T.Hacıyev/

Cəbhə xəttində atəşkəsin daha intensiv şəkildə pozulması, faktik olaraq, lokal döyüşlərin baş verməsi artıq ciddi nəticələr çıxarmaq üçün əsas verir. Ermənistan atəşkəsi bu şəkildə pozmaqla danışıqlar prosesində maraqlı olmadığını bir daha nümayiş etdirir. Bu barədə çərşənbə axşamı Qarabağ Azadlıq Təşkilatı yaydığı bəyanatda bildirib.

"Bu hadisələr bir daha sübut edir ki, Qarabağ məsələsinin danışıqlar yolu ilə həlli yoxdur. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmaq istəmir və hər dəfə danışıqlarda cüzi bir irəliləyiş əldə olunanda da dərhal müxtəlif vasitələrlə danışıqlar prosesini pozur" - bəyanatda bildirilib.

QAT hesab edir ki, cəbhə xəttində baş verən son hadisələr düşmənə qarşı azadlıq müharibəsinin başlanılmasını bir daha zəruri və qaçılmaz edir.

Son günlər qoşunların təmas xəttində Ermənistan Silahlı Qüvvələri intensiv şəkildə atəşkəsi pozur. Atəşkəsin pozulması nəticəsində, Azərbaycan və Ermənistan hərbçiləri itki verib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti