...

Niderlandda Azərbaycanın işğal olunmuş ərazilərində hazırlanan məhsulların satışı dayandırılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Oktyabr 2010 18:39 (UTC +04:00)
Niderlandda Azərbaycanın işğal olunmuş ərazilərində hazırlanan məhsulların satışı dayandırılıb. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin Niderlanddakı səfirliyə istinadən yaydığı məlumatda deyilir.
Niderlandda Azərbaycanın işğal olunmuş ərazilərində hazırlanan məhsulların satışı dayandırılıb

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Niderlandda Azərbaycanın işğal olunmuş ərazilərində hazırlanan məhsulların satışı dayandırılıb. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin Niderlanddakı səfirliyə istinadən yaydığı məlumatda deyilir.

Niderlandda fəaliyyət göstərən "Benilüks Azərbaycanlılar Konqresi" (BAK) diaspor təşkilatı tərəfindən aparılan araşdırmalar nəticəsində "Blin" adlı rus mağazalarında "Artsahfrut" adlı şirkət tərəfindən istehsal olunmuş müxtəlif çeşidli qida məhsullarının satıldığı, həmin şirkətin məhsullarının Niderlandda fəaliyyət göstərən və adında erməni dilindəki "hay" (erməni) ifadəsi olan "Hayfood" şirkəti tərəfindən idxal olunduğu məlum olub. "Artsahfrut" şirkətinin internet səhifəsində dərc edilmiş məlumata əsasən, qurumun qida məhsulları istehsal etdiyi və qeydiyyat ünvanlarında Ermənistan adı ilə yanaşı yerləşdiyi yerin "Stepanakert" şəhəri olduğunun göstərildiyi məlum olub.

"BAK tərəfindən təşkil olunan tədbirlər nəticəsində göstərilən məhsulların Niderland mağazalarında satışının dayandırıldığı və məsələ ilə bağlı səfirliyimizin Niderland XİN-i məlumatlandırdığı qeyd olunub", - məlumatda deyilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti