...

NATO-nun Parlament Assambleyasında Dağlıq Qarabağ üzrə sənəd qəbul edilə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Oktyabr 2010 12:35 (UTC +04:00)
NATO-nun Parlament Assambleyasının noyabrda keçiriləcək iclasında ilk dəfə Dağlıq Qarabağ üzrə sənəd qəbul oluna bilər.
NATO-nun Parlament Assambleyasında Dağlıq Qarabağ üzrə sənəd qəbul edilə bilər

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir М.Əliyev/

NATO-nun Parlament Assambleyasının noyabrda keçiriləcək iclasında ilk dəfə Dağlıq Qarabağ üzrə sənəd qəbul oluna bilər.

"Biz ümid edirik ki, NATO-nun Parlament Assambleyasının iclası zamanı Dağlıq Qarabağ münaqişəsi üzrə müzakirələrin yekununa dair, Azərbaycan torpaqlarının işğal faktını özündə əks etdirən sənəd imzalanacaq", - bu barədə cümə günü Trend-ə Milli Məclisin deputatı, NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Məlahət Həsənova deyib.

Noyabrın 12-dən 16-dək Varşavada NATO Parlament Assambleyasının 56-cı sessiyası təşkil olunacaq.

Həsənovanın sözlərinə görə, bundan əvvəl NATO-nun Parlament Assambleyasında Cənubi Qafqazda münaqişələrin həllində blok və Rusiyanın qarşılıqlı münasibətləri, dondurulmuş münaqişələrin həlli yolları kimi məsələlər müzakirə olunub. Lakin Dağlıq Qarabağ münaqişəsi üzrə hər hansı bir sənədin qəbulu üzrə bu günə qədər konkret təşəbbüs göstərilməyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti