...

Moskvada Qarabağ münaqişəsinin prinsipial aspektlərinin araşdırılmasına həsr olunmuş kitab çap olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Yanvar 2011 16:12 (UTC +04:00)
Moskva Dövlət Universitetinin Tarix fakültəsinin Yaxın xarici ölkələr tarixi kafedrası Cənubi Qafqazda problemlərin təhlilinə və münaqişədən sonrakı nizamlanmanın optimal modellərinin axtarışına həsr olunmuş kitab silsiləsinin nəşrinə başlayıb.
Moskvada Qarabağ münaqişəsinin prinsipial aspektlərinin araşdırılmasına həsr olunmuş kitab çap olunub

Moskva Dövlət Universitetinin Tarix fakültəsinin Yaxın xarici ölkələr tarixi kafedrası Cənubi Qafqazda problemlərin təhlilinə və münaqişədən sonrakı nizamlanmanın optimal modellərinin axtarışına həsr olunmuş kitab silsiləsinin nəşrinə başlayıb. Bu barədə "Vestnik Kavkaza" saytı yazır.

Silsilənin ilk nəşri "Mayendorfdan Astanayadək: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin prinsipial aspektləri" adlanır.

Kitabın adı postsovet məkanındakı ən mürəkkəb və çoxplanlı münaqişəsi üzrə tədqiqat işinin əsas mövzusunu müəyyən edir. Məhz Qarabağ qarşıdurması bir çox hallarda SSRİ-nin bir dövlət kimi dağılmasına kömək edən katalizator oldu. Alimlər və ekspertlər öz məqalələrində münaqişənin nizamlanma nüanslarını, tarixi xüsusiyyətlərini və hadisələrin gələcək inkişafının mümkün perspektivlərini maksimum ətraflı izah etməyə çalışıblar.

Kitab beynəlxalq münasibətlər və siyasi elmlər sahəsində geniş mütəxəssis dairəsinə, tarixi-konfliktoloji problemlərlə maraqlananlara ünvanlanıb. Kitabın giriş hissəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əsas beynəlxalq sənədlər yer alıb.

Gələcəkdə MDU-nun Tarix fakultəsinin Yaxın xarici ölkələr tarixi kafedrası və MDU-nun postsovet məkanın öyrənilməsi üzrə Məlumat-Analitik Mərkəzinin nəşrinin səhifələrində Rusiya, Ermənistan, Gürcüstan, Türkiyə, İran, eləcə də Aİ ölkələri və ABŞ-dan olan alimlərin regionun digər münaqişəli vəziyyətləri barədə baxışları yer alacaq. Həqiqət yalnız elmi mübahisələrdə ortaya çıxır və yalnız bu yolla son məqsədi Cənubi Qafqazın sülh və qarşılıqlı anlaşmanın hökmran olacağı ümumi evə çevrilməsi olan qarşılıqlı güzəştə nail olmaq mümkündür.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti