...

Kiyevdə Xocalı soyqırımının ildönümüylə əlaqədar yürüş keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2011 01:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral /Trend/

İslam Konfransı gənclər forumunun və Ukrayna Azərbaycnlı Gənclər Birliyinin təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Ukraynanın müxtəlif vilayət və şəhərlərində keçirilən silsilə tədbirlərə Kiyev şəhərində Qaladomor abidə kompleksinin önünə "Xocalı Qaladomor soyqrımı" yazılmış gül çələngi qoymaqla start verilib.

Əllərində "Xocalıya Ədalət, erməni terroruna son qoyulsun" şüarları ilə Kiyev şəhərinin mərkəzi meydanından Qaladomor abidə kompleksinin önünədək yürüş edən Ukrayna Azərbaycanlı Gənclər birliyinin və Ukrayna milli gənclər hərəkatının fəalları açıq səmaya Xocalı qurbanlarının sayı qədər 613 qara şar buraxmaqla dünya birliyini və beynəlxalq təşkilatları 19 il bundan öncə ermənilərin Xocalı şəhərində törətdiyi soyqrım siyasətinə hüquqi siyasi qiymət verməyə səsləyiblər.

Anım mərasimində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov və birliyin sədr müavini Cavid Hüseynzadə çıxış edərək, İslam Konfransı Gənclər forumunun mədəniyyətlər arası qaloq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində həyata keçirilən "Xocalıya ədalət" Kampaniyasına Ukraynada yaşayan azəbaycanlı gənclərlə yanaşı ukraynalı gənclərində qatılmasını dünyada haqqın və ədalətin öz yerini tutması istiqamətində irəliyə atılmış addım kimi dəyərləndiriblər.

1932-33-cü illərdə Ukrayna xalqınlnda soyqırım siyasətinə məruz qaldığını bildirən Ukrayna milli gənclər hərəkatının Kiyev şəhərinin sədri Aleksey Zaxarçenko 19 il bundan öncə ermənilərin xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirtdikləri soyqrım siyasətinə beynəlxalq təşkilatların və dünya birliyinin hüquqi siyasi qiymət verməməsini tarixi ədalətsizlik kimi səciyyələndirib.Vaxt olacaq dünya birliyi belə bir bəşəri cinayətə göz yumduqlarına görə utanacaqlar. Biz Ukraynada yaşayan gənclər Azərbaycan xalqının başına gətirilən faciələrə ədalətli münasibət bildirməklə tarix qarşısında borcumuzdan çıxırıq, deyən ukraynalı gənclər Xocalıya ədalət kampaniyasına qoşulmağı özlərinə sadəcə insanlıq borcu hesab ediblər

"Xocalıya ədalət" kampaniyası çərçivəsində Ukraynada keçirilən silsilə tədbirlər BMT-in və ATƏT-in Ukraynadakı nümayəndəliklərinin qarşısında etiraz yürüşü və adı çəkilən qurumlara ukrayna və azərbaycanlı gənclərin hazırladığı qətnamənin təqdim olunması ilə başa çatacaq.

Xəbər lenti

Xəbər lenti