...

Sankt-Peterburqda “Xocalıya Ədalət” elmi-praktiki konfrans keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2011 06:21 (UTC +04:00)
Cümə günü fevral ayının 25-də Sankt-Peterburqun M.Qorki adına Mədəniyyət Evində Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyi və Baş Konsulluğun birgə təşkilatçılığı ilə XX əsrin ən qanlı faciəsi olan Xocalı soyqırımın 19-ci ildönümünə həsr olunmuş “Xocalıya Ədalət” elmi-praktiki konfrans keçirilib. Konfarnsa 600-dən çox soydaşımız qatılıb.
Sankt-Peterburqda “Xocalıya Ədalət” elmi-praktiki konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Cümə günü fevral ayının 25-də Sankt-Peterburqun M.Qorki adına Mədəniyyət Evində Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyi və Baş Konsulluğun birgə təşkilatçılığı ilə XX əsrin ən qanlı faciəsi olan Xocalı soyqırımın 19-ci ildönümünə həsr olunmuş "Xocalıya Ədalət" elmi-praktiki konfrans keçirilib. Konfarnsa 600-dən çox soydaşımız qatılıb. Bu barədə Trend-ə Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulluğunun mətbuat xidmətindən məlumat veriblər.

Konfransda Sankt-Peterburq ictimaiyyətinin nümayəndələri, bir sıra ali təhsil ocaqların müəllimləri, nüfuzlu iş adamları, tələbələr və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

İlk öncə tanınmış yazıçı, professor Yuriy Pompeyevin şəxsi xatirələri əsasında yazılmış "Qarabağ gündəliyi" və Robert Arakelovun "Erməni ziyalısının etirafı" kitablarının təqdimatı keçirilib, Xocalıda törədilmiş vəhşilikləri əks etdirən fotosərgi nümayiş olundu, o cümlədən tədbir iştirakçılarına Heydər Əliyev fondu tərəfindən hazırlanmış "Qarabağ həqiqətləri" məlumat toplusu təqdim edilib.

Konfransı giriş sözü ilə açan Baş konsul Q.Osmanov Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasında İslam Konfransı Təşkilatının Əməkdaşlıq və Dialoq uğrunda Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın irəli sürdüyü "Xocalıya ədalət" beynəlxalq kampaniyası barədə geniş məlumat verdi və hazırda kampaniyanın geniş vüsət aldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Nüfuzlu İslam Konfransı Təşkilatının Parlament İttifaqı tərəfindən qəbul olunmuş qətnamə barədə məlumat verdi və gəncləri "Xocalıya ədalət" kampaniyasında fəal iştirak etməyə çağırıb.

Tədbirin təşkilatçılarından biri olan Heydər Əliyev fondunu RF-daki nümayəndəliyini təmsil edən Moskva dövlət beynəlxalq əlaqələr universitetinin aspirantı Natiq Əliyev, çıxışında fondun nümayəndəliyi tərəfindən "Xocalıya ədalət" kampaniyası çərçivəsində görülən işlər barədə geniş məlumat verib.

Tədbirdə MDB Parlamentlərarası Assambleyada Azərbaycan Respublikası Milli Məclisinin nümayəndəsi Aydın Cəfərov Xocalıda törədilmiş cinayəti dünya ictimaiyyətinə çatdırılması istiqamətində bütün imkanlardan istifadə olunacağını, soydaşlarımızın, xüsusilə də tələbələrimizin və gənclərimizin Azərbaycan tarixindəki bu qanlı səhifəni heç zaman unutmamağı, dövlətimizin nüfuzunun daha da artmasına səy göstərməyə çağırdı. Tədbirdə iştirak edən nüfuzlu iş adamları çıxışlarında Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə çatdırmaq üçün bütün vasitələrdən istifadə olunmasının vacibliyini vurğuladılar.

Konfransda yenilənmiş justiceforkhojaly.org saytının təqdimatı keçirildi. İştirakçılara saytdan istifadə qaydaları barədə geniş məlumat verilib.

Tədbir iştirakçıları tərəfindən Xocalıda törədilmiş cinayətə hüquqi qiymət verilməsi məqsədi ilə nüfuzlu beynəlxalq qurumlara ünvanlanmış Bəyannamə qəbul olunub.

Konfransda Rusiya kütləvi informasiya vasitələri təmsilçiləri, o cümlədən "Arqumentı i faktı" qəzetinin, "REN TV" telekanalının və İTAR-TASS informasiya agentliyinin nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti