...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Mart 2011 09:46 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 1 mart /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 28-də saat 19.20-dən 19.35-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;

- saat 18.30-dan 18.40-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 20.10-dan 20.20-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 23.20-dən 23.35-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli və Alıxanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;

- martın 1-də saat 07.10-dan 07.20-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti