...

İAK nümayəndəsi BMT-ni 9 yaşlı azərbaycanlı uşağın erməni snayperi tərəfindən öldürülməsi ilə bağlı məlumatlandırıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Mart 2011 13:32 (UTC +04:00)
İsveç Azərbaycanlıları Konqresinin (İAK) nümayəndəsi Nadir Hollenbrand Birləşmiş Millətlər Təşkilatının səlahiyyətli nümayəndəsinə Azərbaycanın Ağdam rayonu Orta Qarvənd kənd sakini 9 yaşlı Fariz Bədəlovun Ermənistan silahlı qüvvələrinin snayperi tərəfindən qətlə yetirilməsi ilə bağlı məlumat verib.
İAK nümayəndəsi BMT-ni 9 yaşlı azərbaycanlı uşağın erməni snayperi tərəfindən öldürülməsi ilə bağlı məlumatlandırıb (FOTO)

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir M.Əliyev/

İsveç Azərbaycanlıları Konqresinin (İAK) nümayəndəsi Nadir Hollenbrand Birləşmiş Millətlər Təşkilatının səlahiyyətli nümayəndəsinə Azərbaycanın Ağdam rayonu Orta Qarvənd kənd sakini 9 yaşlı Fariz Bədəlovun Ermənistan silahlı qüvvələrinin snayperi tərəfindən qətlə yetirilməsi ilə bağlı məlumat verib. Trend-in məlumatına görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

Görüşdə İAK nümayəndəsi azyaşlı azərbaycanlı uşağın snayper tərəfindən öldürülməsini erməni vəhşiliyinin növbəti təzahürü kimi səciyyələndirib.

Görüşün sonunda Nadir Hollenbrand BMT nümayəndəsinə İAK-ın Fariz Bədəlovun öldürülməsi ilə bağlı qəbul etdiyi qətnamənin surətini təqdim edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti