...

Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlıdır - senator

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Aprel 2011 14:11 (UTC +04:00)
Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlıdır. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri Ambruaz Düpo Milli Məclisin sədri Oqtay Əsədovla görüşdə deyib.
Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlıdır - senator

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir M.Əliyev/

Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlıdır. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri Ambruaz Düpon Milli Məclisin sədri Oqtay Əsədovla görüşdə deyib.

Fransalı senator bildirib ki, bir həftə əvvəl ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernard Fasye ilə görüşüb və danışıqların gedişi ilə maraqlanıb.

Spiker Azərbaycanın xarici siyasətində əsas məqsədin Avroatlantik məkana inteqrasiya olduğunu və bu səbəbdən də Fransa ilə əlaqələrin inkişafının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Əsədov bildirib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe nümayiş etdirməlidir.

Düpo bazar ertəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla da görüşüb.

Senator həmin görüşdə Fransanın həmsədr ölkə kimi Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu deyib, 9 yaşlı Fariz Bədəlovun erməni snayperləri tərəfindən qətlə yetirilməsini pisləyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti