...

Eldar Sabiroğlu: Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyun 2011 17:08 (UTC +04:00)
Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur.
Eldar Sabiroğlu: Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur

Azərbaycan, Bərdə, 3 iyun /Trend, müxbir Ş.Cəliloğlu/

Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Trend-in məlumatına görə, bu barədə mətbuata açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.

"Azərbaycan Silahlı Qüvvələri istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır. Bu günə qədər Azərbaycan 28 ölkə ilə hərbi saziş imzalayıb. Ordumuzun gündən-günə güclənməsi nəticəsində xarici dövlətlərin silahlı qüvvələrinin Azərbaycan Ordusu ilə əməkdaşlığa marağı artıb. Azərbaycan Ordusunun hərbi potensialı gücləndirilir. Yeni texnikalar alınır. Son bir neçə ildə Silahlı Qüvvələrin 43 hərbi hissəsində əsaslı təmir-bərpa işləri aparılıb", - Sabiroğlu əlavə edib.

Bundan başqa, Ermənistan Silahlı Qüvvələri son 5 ayda 447 dəfə atəşkəsi pozub. Ermənistan ordusundakı aclıq səbəbindən erməni hərbi qulluqçuları könüllü olaraq Azərbaycan tərəfə keçir. Erməni ordusunda nizam-intizam olmadığından tez-tez əsgərlər arasında münaqişələr yaranır.

Ermənistan ordusunun son vaxtlarda atəşkəsi pozması nəticəsində 6 əsgər şəhid olub. Bu müddət ərzində ATƏT cəbhə xəttində 5 dəfə monitorinq keçirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti