...

Aİ Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə yardım etməyə hazırdır - Miroslav Layçak

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyun 2011 22:17 (UTC +04:00)
Avropa Ittifaqı Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə yardım etməyə hazırdır - Avropa Xarici Siyasət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə idarəedici direktoru Miroslav Layçak hesab edir
Aİ Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə yardım etməyə hazırdır - Miroslav Layçak

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir A.Qasımova/

Avropa Ittifaqı Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə yardım etməyə hazırdır - Avropa Xarici Siyasət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə idarəedici direktoru Miroslav Layçak hesab edir.

"Dağlıq Qarabağ münaqişəsi yeganə münaqişədir ki, ona Aİ birbaşa cəlb olunmayıb, eyni zamanda biz başa düşürük ki, indiki mərhələdə bunu etmək çox çətindir, elə buna görə də biz ATƏT-in Minsk Qrupunın fəaliyyətini dəstəkləyəcəyik", bunu Layçak Avroparlamentin dinləmələrində çərşənbə günü söyləyib.

Onun sözlərinə görə, Avropa İttifaqının münaqişələrin həll edilməsində böyük təcrübəsi var, buna görə də ATƏT-in MQ təşkilatına köməyi sanballı olacaq. Layçakın fikrinə görə, bu işi həmdə Aİ-nin regionda yeni təyin ediləcək təmsilçisi görə bilər.

"Münaqişə ancaq sülh yolu ilə həll edilməlidir, Aİ isə öz növbəsində münaqişədən sonrakı ərazilərin reabilitasiyası, iki ölkə arasında inamın yaradılmasında və təminatına kömək edəcək. Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Aİ-da təsir göstərir, bu həmdə Avropa İttifaqının problemidir - Layçak əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti