...

Ermənistan Kazanda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə baza prinsiplərinin imzalanmasına hazır deyil - Azərbaycan politoloqu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyun 2011 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Ermənistan Kazanda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə baza prinsiplərinin imzalanmasına hazır deyil. Bu barədə Trend-ə Azərbaycan politoloqu Mubariz Əgmədoglu bildirib.

Onun sözlərinə gorə, Ermənistanın Baş naziri Tiqran Sarkisyan bir neçə dəfə, o cümlədən sonuncu dəfə Londonda olarkən Ermənistanın baza prinsiplərini imzalamağa, başqa sözlə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə hazır olduğunu bəyan etdi.

"Baş nazir həmin müsabihədə Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması barədəsində suala cavab verərkən Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin indiki mərhələsində tutduğu həqiqi mövqeyinin mahiyyəti açıqlandı", - Əhmədoglu bildirib.

Poltoloqun sözlərinə görə, Sarkisyanın fikrincə, Ermənistan ilkin şərt olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır, Türkiyə ilkin şərt irəli sürdüyü üçün münasibətlər normallaşmır. "Türkiyənin ilkin şərti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlıdır. Əgər Baş nazir Sarkisyan cəmi bir neçə gündən sonra Kazanda Ermənistanın sənədi imzalayacağını bildirirsə, deməli, cəmi bir neçə gündən sonra Türkiyənin irəli sürdüyü ilkin şərt sıradan çıxacaq", - Əhmədoglu deyib.

Onun fikrincə, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı indiki mövqelərinin müqayisəli təhlili göstərir ki, Ermənistan Kazanda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin baza prinsipləri haqqındakı sənədi imzalamaq niyyətində deyil. Bu yöndə rəsmi Ermənistanın verdiyi bəyanatlar beynəlxalq aləmi çaşdırmaq məqsədi daşıyır.

"Əvvəla, Dağlıq Qarabağın de-fakto idarəediciləri Ermənistan rəhbərliyinin təhriki ilə Xocalı aeroportunu (ermənilər adını dəyişib Stepanakert aeroportu qoyublar) iyunun 26-dək istismara vermək niyyətindədirlər. Məqsəd Azərbaycanı və beynəlxalq aləmi şantaj etməkdir, Azərbaycan Yerevandan Xocalı aeroportuna uçan təyyarəni vursun və bununla da Azərbaycan müharibəni başlayan tərəf kimi ittihamlandırılsın", - o qeyd edib.

"İkincisi, Ermənistan Prezidentinin AŞPA-da iyunun 22-nə planlaşdırılan çıxışına hazırlıqlar gedir. Əsas motivasiya ondan ibarətdir ki, Serj Sarkisyanın AŞPA-dakı çıxışı Dağlıq Qarabağ münaqişəsi kontekstindən eks-prezident Koçaryanın çıxışından daha radikal olmalıdır. Amma burada başqa bir məqam da var. Ermənistan Prezidenti AŞPA-da çıxışını daha radikal, daha antiazərbaycan etməklə, Azərbaycan və müəyyən qədər Türkiyə nümayəndə heyətini qıcıqlandırmaqla diplomatik qalmaqal yaratmaq niyyətindədir", - politoloq bildirib.

"Nəticədə Serj Sarkisyan Kazan görüşündə sənədin imzalanmamasına əsas yaratmaq niyyətindədir", - Əhmədoğlu deyib.

Əhmədoğlunun fikrincə, Ermənistanın belə hazırlıqları dövründə ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri Avropa Parlamentindəki çıxışları ilə Ermənistanı Kazanda sənədi imzalamamağa təhrik edirlər.

"Fransalı həmsədr Bernar Fasyenin yeni konsepsiya hazırlamaqla bağlı verdiyi bəyanatdan sonra Ermənistan rəhbərliyinin bu sənədi imzalamağa demək olar ki, imkanı qalmır. Çünki Bernar Fasye açıq şəkildə bildirir ki, Azərbaycan və Ermənistan tərəfləri Kazanda sənədi imzalamayacaqlarsa, həmsədrlər oturub yeni konsepsiya hazırlayacaqlar. Ola bilər ki, Fasye və amerikalı həmsədr Robert Bradtke belə mövqe nümayiş etdirməklə Rusiyanın münaqişənin tənzimlənməsindəki prioritet mövqeyini neytrallaşdırmaq istəyirlər. Bunun üçün də Kazan görüşü iflasa uğramalıdır", - politoloq bildirib.

"Çünki son illər münaqişənin tənzimlənməsində Rusiya ilə Azərbaycan arasında yaranmış iş birliyi müəyyən mənada Qərbin regiondakı maraqlarına toxunur. Ona görə də Dağlıq Qarabaq münaqişəsinin tənzimlənməsinin indiki mərhələsində mühüm rolu olmuş Fransanın əldə olunan nailiyyətləri darmadağın edib yenidən vasitəçilər arasındakı münasibətləri 10 il bundan əvvəlki dövrə qaytarması təəssüf doğurur. Hər halda nəzərə alınmalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiya-Azərbaycan iş birliyinin imkanları hədsiz genişdir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycan-Rusiya əməkdaşlığı hətta idarə olunan müharibə məsələlərini də əhatə edə bilər", - Əhmədoglu bildirib.

Xəbər lenti

Xəbər lenti