...

Kazan görüşünün nəticələrini əhəmiyyətsiz hesab etmək olmaz - Fransa XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyun 2011 11:21 (UTC +04:00)
Kazan görüşünün nəticələrini əhəmiyyətsiz hesab etmək olmaz. Trend-in məlumatına görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bu ölkənin Azərbaycandakı səfirliyinin saytında yerləşdirilən məlumatında deyilir.
Kazan görüşünün nəticələrini əhəmiyyətsiz hesab etmək olmaz - Fransa XİN

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir E.Tariverdiyeva/

Kazan görüşünün nəticələrini əhəmiyyətsiz hesab etmək olmaz. Trend-in məlumatına görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bu ölkənin Azərbaycandakı səfirliyinin saytında yerləşdirilən məlumatında deyilir.

"Fransa öz tərəfdaşları - ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya və ABŞ ilə bərabər danışıqların davam etdirilməsi üçün əlindən gələni əsirgəməyəcək", - məlumatda deyilir.

Bildirilir ki, Kazanda Azərbaycan və Ermənistan prezidentləri ilə intensiv danışıqlar aparan ATƏT-in Minsk qrupunun həmsədrləri gələcək danışıqlara hazırlıq üçün gələn həftə Bakı, Yerevan və Dağlıq Qarabağa səfər edəcəklər.

Azərbaycan, Ermənistan prezidentləri iyunun 24-də Kazanda Rusiya Prezidentinin təşəbbüsü ilə görüşüblər. Görüş üç prezidentinin birgə bəyənatı ilə başa çatıb.

Məlumatda deyildiyinə görə, Kazan görüşü bir neçə anlaşma nöqtələrini müəyyən edib, bu isə gələcəkdə vasitəçilərin təklif etdiyi nizamlama prinsiplərinin qəbulu üçün danışqıları davam etdirməyə imkan verəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti