...

Azərbaycan "İzvestiya" qəzetinin rəhbərliyinin müraciətinə baxmağa hazırdır - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyul 2011 13:16 (UTC +04:00)
"İzvestiya" qəzetinin rəhbərliyindən Azərbaycan XİN-ə müraciət daxil olarsa, müraciətə Azərbaycanın müvafiq strukturlarında baxılacaq və qəbul edilən qərara uyğun olaraq sonrakı fəaliyyət müəyyən ediləcək.
Azərbaycan "İzvestiya" qəzetinin rəhbərliyinin müraciətinə baxmağa hazırdır - XİN

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir S.Ağayeva/

"İzvestiya" qəzetinin rəhbərliyindən Azərbaycan XİN-ə müraciət daxil olarsa, müraciətə Azərbaycanın müvafiq strukturlarında baxılacaq və qəbul edilən qərara uyğun olaraq sonrakı fəaliyyət müəyyən ediləcək. Trend-in məlumatına görə, bu barədə şənbə günü Trend-ə Azərbaycan XİN-in rəsmi nümayhəndəsi Elxan Poluxov məlumat verib.

"İzvestiya" Rusiyanın qədim dövri nəşrlərindəndir və inanmaq istərdim ki, bu qəzet qərəzsiz nəşr imicini saxlaya biləcək", - Poluxov bildirib.

"İzvestiya" qəzetinin baş redaktoru Aleksandr Malyutin qəzetin Dağlıq Qarabağ münaqişəsi haqqında reportaj hazırlayan jurnalistinin respublikaya səfəri arzuolunmaz şəxslər siyahısına daxil edilməsi ilə bağlı Azərbaycan hakimiyyəti ilə danışmaq niyyətindədir.

Azərbaycan XİN "İzvestiya" qəzetinin jurnalisti Yuri Snigirevi ölkəyə gəlməsi arzuedilməz olan jurnalistlərin "qara siyahısı"na salıb.

"Azərbaycan XİN-in bəyanatı ("İzvestiya"nın müxbiri ilə bağlı) təəssüf doğurur, çünki onun jurnalistə qarşı görmək istədiyi tədbirlər qarşımıza qoyulan tapşırıqları yerinə yetirməyi çətinləşdirir", - Malyutin RİA Novostiyə bildirib.

Mayın ortalarında Rusiyanın "Exo Moskvı" radiostansiyasının baş redaktorunun müavini Sergey Buntman Azərbaycan tərəfinə bildirmədən Dağlıq Qarabağın işğal olunmuş ərazilərinə səfər edib. Buntman orada separatçı rejimin lideri Bako Saakyandan müsahibə götürüb. Azərbaycan hakimiyyəti bəyan edib ki, Buntman "Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz səfər edib".

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti