...

Rəsmi Bakı Sarkisyanın Dağlıq Qarabağa "müstəqilliklə" bağlı çağırışını əsassız sayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Sentyabr 2011 17:33 (UTC +04:00)
Serj Sarkisyanın BMT Baş Assambleyasındakı çıxışında Dağlıq Qarabağa "müstəqilliklə" bağlı səsləndirdiyi çağırış tam əsassızdır.
Rəsmi Bakı Sarkisyanın Dağlıq Qarabağa "müstəqilliklə" bağlı çağırışını əsassız sayıb

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir M.Əliyev/

Serj Sarkisyanın BMT Baş Assambleyasındakı çıxışında Dağlıq Qarabağa "müstəqilliklə" bağlı səsləndirdiyi çağırış tam əsassızdır. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

"Sarkisyanın sözləri Ermənistanın mövqeni aydın şəkildə göstərir və Azərbaycanın haqlı olduğunu nümayiş etdirir. Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və Azərbaycandan ayrılmaz olaraq qalacaq", - Əzimov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti