...

ABŞ hökuməti Dağlıq Qarabağ probleminin həllinə kömək etməyə hazırdır – (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Oktyabr 2011 17:26 (UTC +04:00)
Dağlıq Qarabağ problemi bugünkü müzakirələrdə başlıca məsələdir və ABŞ Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll olunmayacağına tamamilə əmindir. Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibinin birinci müavini Uilyam Börns çərşənbə axşamı Bakıya səfəri zamanı jurnalistlərə bildirib.
ABŞ hökuməti Dağlıq Qarabağ probleminin həllinə kömək etməyə hazırdır – (FOTO)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir V.Javoronkova/

Dağlıq Qarabağ problemi bugünkü müzakirələrdə başlıca məsələdir və ABŞ Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll olunmayacağına tamamilə əmindir. Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibinin birinci müavini Uilyam Börns çərşənbə axşamı Bakıya səfəri zamanı jurnalistlərə bildirib.

"Hökumətimiz Dağlıq Qarabağ ətrafındakı prosesdə ATƏT-in Minsk qrupunun fəaliyyətinə kömək etmək üçün hər şeyi edir", - Börns deyib.

Onun sözlərinə görə, regionda status-kvonun saxlanılması yolverilməzdir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti