...

İsveçdəki azərbaycanlılar Qarabağ probleminin parlamentdə müzakirə olunmasına tərəfdardırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Dekabr 2011 13:28 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin Riksdaqda (İsveç parlamentində) müzakirəsi İsveçin azərbaycanlı icması üçün vacibdir.
İsveçdəki azərbaycanlılar Qarabağ probleminin parlamentdə müzakirə olunmasına tərəfdardırlar

Azərbaycan, Bakı, 2 dekabr / Trend, müxbir M.Əliyev/

Dağlıq Qarabağ münaqişəsinin Riksdaqda (İsveç parlamentində) müzakirəsi İsveçin azərbaycanlı icması üçün vacibdir. Trend-in məlumatına görə, bu barədə İsveç Azərbaycanlıları Konqresinin (İAK) nümayəndələri 2006-cı ildə ermənilərin işğal etdikləri Dağlıq Qarabağ regionuna Azərbaycan hakimiyyətinin icazəsi olmadan səfər edən Riksdaq deputatları ilə görüşdə deyiblər.

İAK-ın cümə günü yayılan məlumatında deyildiyi kimi, Sol partiyanın parlament fraksiyasından olan deputatlarla görüşü zamanı İAK nümayəndələri Qarabağ probleminin nizamlanması üzrə danışıqlar prosesinin cari vəziyyəti barədə danışaraq erməni tərəfinin pozucu mövqe tutduğunu qeyd ediblər.

İAK hesab edir ki, Azərbaycan topraqlarının işğaldan azad olunması barədə danışıqlar getdiyi vaxtda beynəlxalq ictimaiyyət, o cümlədən İsveç parlamenti bir milyondan artıq qaçqının və məcburi köçkünün hüquqlarının pozulmasına biganə qalmamalı və onların tezliklə öz doğma torpaqlarına qayıtmalarına kömək etməlidirlər.

Görüşdə isveçli deputatlara xarici müəlliflərin və ekspertlərin Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi barədə materialları və kitabları paylanıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti