...

Hillari Klinton: ATƏT MQ, Bakı və Yerevan Dağlıq Qarabağ üzrə öhdəliklərini bir daha təsdiqlədilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Dekabr 2011 12:45 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin hakimiyyətləri, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə üzərlərinə götürdükləri öhdəlikləri bir daha təsdiqlədilər.
Hillari Klinton: ATƏT MQ, Bakı və Yerevan Dağlıq Qarabağ üzrə öhdəliklərini bir daha təsdiqlədilər

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin hakimiyyətləri, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə üzərlərinə götürdükləri öhdəlikləri bir daha təsdiqlədilər. Bunu ABŞ-ın dövlət katibi Hillari Klinton Vilnüsdə ATƏT XİNŞ-nin gedişində deyib. Trend-in məlumatına görə, bu barədə qurumun saytı məlumat verib.

"ATƏT MQ ölkələri prezidentlərinin Dovildə bəyan etdikləri kimi, nizamlanmaya yalnız danışıqlar yolu ilə çatmaq mümkündür ki, bu da regionda etimad atmosferinin və stabilliyin təmin olunmasına kömək edəcək", - Klinton deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti