Azərbaycan, Bakı, 9 yanvar / Trend müxbir E.Mehdiyev/
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 8-də saat 15:55-dən 16:00-dək, 15:45-dən 15:55-dək və 19:20-dən 19:30-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 15:30-dan 15:35-dək və 23:00-dan 23:30-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 15:30-dan 15:35-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 10:00-dan 10:30-dək və yanvarın 9-da saat 01:10-dan 01:20-dək Tərtər rayonunun Nəmirli və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.