...

Alman jurnalistlər Dağlıq Qarabağa səfərə görə şəxsən məsuliyyət daşıyırlar – səfirlik

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Fevral 2012 15:22 (UTC +04:00)
Jurnalistlər hətta araşdırma məqsədi ilə belə Dağlıq Qarabağa səfərə görə şəxsən məsuliyyət daşıyırlar.
Alman jurnalistlər Dağlıq Qarabağa səfərə görə şəxsən məsuliyyət daşıyırlar – səfirlik

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir S.Ağayeva/

Jurnalistlər hətta araşdırma məqsədi ilə belə Dağlıq Qarabağa səfərə görə şəxsən məsuliyyət daşıyırlar. Almaniyanın Azərbaycandakı səfirliyi bir qrup alman jurnalistin Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə qanunsuz səfərini Trend-ə məhz belə şərh edib.

"Almaniya XİN özünün rəsmi saytında xaricə səfərlər zamanı təhlükəsizlik tədbirlərinə dair tövsiyələrində prinsipial olaraq Dağlıq Qarabağa səfər etməyi məsləhət görmür və pasportlarında tanınmamış "Dağlıq Qarabağ respublikası"nın vizası və gediş-gəliş möhürü olan şəxslərə Azərbaycana viza verilməyəcəyini qeyd edib", - səfirlikdən deyiblər.

Erməni tərəfinin Qarabağ problemi üzrə mövqeyi ilə tanış olmaq üçün Ermənistanda olan alman jurnalistlər Rihard Kisler və Knut Teske Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə səfər etməyi planlaşdırırlar. Bu barədə onlar Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovla görüşdə bəyan ediblər. Məlumatı "Armenia Today" yayıb. Jurnalistlər vəziyyətlə yerində tanış olmaq üçün Dağlıq Qarabağa səfər etməyə hazırlaşırlar.

AFR səfirliyindən onu da bildiriblər ki, Almaniyanın qondarma "Dağlıq Qarabağ respublikası"nın tanınmaması ilə bağlı mövqeyi dəyişməz qalır.

Azərbaycan XİN artıq Azərbaycanın Almaniyadakı səfirliyinə bu məsələni öyrənməklə bağlı göstəriş verib. Bu barədə nazirliyin mətbuat xidmətinin məlumatında deyilir.

Xəbər lenti

Xəbər lenti