...

ABŞ konqresmenləri Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar bəyanat veriblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Fevral 2012 14:31 (UTC +04:00)
ABŞ konqresinin Azərbaycan üzrə işçi qrupunun həmsədrləri Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar bəyanat veriblər
ABŞ konqresmenləri Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar bəyanat veriblər

Azərbaycan, Bakı, 19 fevral / Trend müxbir M.Əliyev/

ABŞ konqresinin Azərbaycan üzrə işçi qrupunun həmsədrləri, konqresmenlər Bill Şuster və Den Boren Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar bəyanat veriblər. Bu barədə Trend-ə Amerika-Azərbaycan Şurasının (AAŞ) baş direktoru Cavid Hüseynov bildirib.

Konqresmenlərin bəyanatında Xocalıda baş verən hadisələrlə bağlı geniş məlumat verilir, dünya KİV-lərində bu məsələ ilə bağlı yayılan məlumatlar həmkarlarının nəzərinə çatdırılır.

Bəyanatda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyi və status-kvonun yolverilməzliyi vurğulanır.

Bəyanatda həmçinin bildirilir ki, Azərbaycan ABŞ-ın vacib strateji tərəfdarıdır.

Konqresmenlər Azərbaycana Xocalı faciəsi ilə bağlı baş sağlığı veriblər, öz həmkarlarını soyqırım qurbanlarının xatirəsini anmağa çağırıblar.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.

Xəbər lenti

Xəbər lenti