...

Xocalı faciəsi haqqında həqiqətlərin çatdırılması Azərbaycan üçün prioritetdir - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2012 09:36 (UTC +04:00)
Xocalı faciəsi haqqında həqiqətlərin çatdırılması Azərbaycanın hər biri vətəndaşı kimi, ölkəni xaricdə təmsil edən bütün diplomatlar üçün prioritetdir. Bu barədə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev Trend-ə müsahibəsində deyib.
Xocalı faciəsi haqqında həqiqətlərin çatdırılması Azərbaycan üçün prioritetdir - XİN

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbirlər S.Ağayeva, E.Tarıverdiyeva/

Xocalı faciəsi haqqında həqiqətlərin çatdırılması Azərbaycanın hər biri vətəndaşı kimi, ölkəni xaricdə təmsil edən bütün diplomatlar üçün prioritetdir. Bu barədə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev Trend-ə müsahibəsində deyib.

"Bu məsələ təkcə diplomatik nümayəndəliklər səviyyəsində mühüm və prinsipial deyil, həm də bu məsələ ayrı-ayrılıqda keçirilən görüşlərin daim gündəliyində durur. Şübhəsiz ki, bu gün bu faciənin Meksika və Pakistanın, eləcə də Texas və Nyu-Cersi ştatlarının qanunvericilik orqanları səviyyəsində tanınması çox müsbət haldır. Təbii ki, bu, müsbət məqamdır, lakin hesab edirəm ki, bu istiqamətdə daha aktiv və dinamik işləmək lazımdır", - Abdullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın diplomatik nümayəndəlikləri hər il Xocalı soyqırımının ildönümü ərəfəsində bu faciəyə həsr olunmuş kütləvi informasiya kampaniyası keçirir, akademik dairələrlə, ictimai-siyasi və qeyri-hökumət təşkilatları ilə bir sıra tədbirlər keçirir.

"Bu məsələdə bizə diaspor təşkilatları da qoşulur. Bu, ümummilli məsələdir, hər bir azərbaycanlının faciəsidir və buna görə də geniş kütlələrə çatdırılmalı və daha aktiv işıqlandırılmalıdır", - Abdullayev deyib.

O bildirib ki, bütün ölkələrin qanunvericilik orqanlarının hər bir üzvü ilə ayrıca iş aparılacaq.

Mətbuat katibi qeyd edib ki, Xocalı soyqırımının Meksika və Pakistan parlamentlərində tanınması Azərbaycanın işinin nəticəsidir.

Onun sözlərinə görə, Latın Amerikası regionunda Meksika parlamentinin bu qətnaməni qəbul etməsi Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında müsbət addımdır.

"Həmin regionda, eləcə də həmişə Azərbaycanla öz həmrəyliklərindən danışan müsəlman ölkələrində bu işi inkişaf etdirmək lazımdır. Bu məsələ həmişə bizim üçün prioritetdir", - Abdullayev deyib.

Xəbər lenti

Xəbər lenti