Azərbaycan, Bakı, 26 may /Trend/
Avropa İttifaqı Qarabağ problemini nizamlanmasında vasitəçilik üçün böyük potensiala malikdir, Aİ-nin Cənubi Qafqaz üzrə keçmiş nümayəndəsi Piter Semnebi bu cür hesab edir. Trend-in məlumatına görə, bu barədə şənbə günü "Novosti-Armeniya" yazır.
"Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi olarkən mən Aİ-nin münaqişələrin həllində daha aktiv rol oynamasının tərəfdarı idim. Qarabağ münaqişəsi ilə ciddi məşğul olmaq üçün istifadə olunmamış böyük potensial mövcuddur", - Semnebi deyib.
Onun sözlərinə görə, Aİ-nin vasitəçilik missiyası ATƏT MQ ilə rəqabətdə deyil, onun dəstəyi ilə həyata keçirilməlidir.
Semnebi qeyd edib ki, Qarabağ münaqişəsi zonasında nisbi sakitlik gələcəkdə işlərin eyni durumda olacağına zəmanət vermir.
"Qarabağ münaqişəsi zonasında indi az və ya çox sakitlik olması faktı növbəti on illik ərzində də belə olacağı demək deyil", - o deyib.