Azərbaycan, Bakı, 31 may / Trend müxbir K.Zərbalıyeva/
ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndinin yaxınlığında, qoşunların təmas xəttində keçirdiyi monitorinq baş tutub.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in ofisinin əlaqələndiricisi Piter Ki və səhra köməkçisi Antal Herdiç keçiriblər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle izləyiblər.