...

BMT cəbhə bölgəsində vəziyyətin gərginləşməsindən təəssüflənir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyun 2012 13:20 (UTC +04:00)
BMT cəbhə bölgəsində vəziyyətin gərginləşməsindən təəssüflənir.
BMT cəbhə bölgəsində vəziyyətin gərginləşməsindən təəssüflənir

Azərbaycan, Bakı, 8 iyun / Trend müxbir M. Əliyev/

BMT cəbhə bölgəsində vəziyyətin gərginləşməsindən təəssüflənir.

"Heç kim cəbhə bölgəsində gənclərin həlak olmasını istəmir. 20 ildir ki, cəbhə bölgəsində gənclər həlak olur, qaçqın və köçkünlər problemlər yaşayır", - Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura deyib.

Akçura bu illər ərzində ATƏT-in Minsk qrupunun səyləri, həmçinin Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzvlüyü nəticəsində münaqişənin həll olunacağına ümidvar olduğunu deyib.

Qeyd edib ki, Azərbaycan BMT TŞ-yə üzv olduğu üçün Nyu-Yorkda əməkdaşlarının sayı artıb və onların səyləri nəticəsində bu problem həll oluna bilər.

Akçura, həmçinin Aqşin Mehdiyevin BMT-nin baş katibinə cəbhə bölgəsindəki gərginliklə bağlı məktub göndərdiyini bildirib.

Qeyd edək ki, son günlər cəbhədə atəşkəs rejimi intensiv pozulur. Nəticədə Azərbaycan və Ermənistanın silahlı qüvvələri itki verib.

Xəbər lenti

Xəbər lenti