...

Ziyafət Əsgərov: Azərbaycanın dispetçer xidməti Xankəndi aeroportuna uçan təyyarələrə xidmət göstərməyəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Noyabr 2012 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr / Trend müxbir A.Axundov/

Azərbaycanın dispetçer xidməti Xankəndi aeroportuna uçan təyyarələrə xidmət göstərməyəcək. Trend-in məlumatına görə, bunu Ali Dövlət Neft Məktəbində 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbirdə tələbələrlə görüş zamanı Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.

Onun sözlərinə görə, Ermənistan son zamanlar təxribat dolu bəyanatlar verir. "Aeroport yenidən qurulub, amma istifadəyə verilməyib. Ermənistan tərəfi müxtəlif bəhanələrə əl atır ki, onu işə salsın", - Əsgərov deyib.

Birinci vitse-spiker qeyd edib ki, Ermənistan tərəfi yaxşı bilir ki, Azərbaycan buna imkan verməyəcək.

Milli Məclisdə aeroportun istifadəyə verilməsi ilə bağlı məsələnin qaldırılmasına münasibət bildirən Əsgərov qeyd edib ki, Azərbaycanın müvafiq rəsmi qurumları bu məsələ ilə bağlı iş aparırlar, parlamentin əlavə müzakirəsinə ehtiyac yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti