...

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Noyabr 2012 09:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində bir neçə istiqamətdə atəşkəs rejimini pozub.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar və Yusifcanlı, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, Göygöl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti