...

Ermənistan silahlıları altı istiqamətdə atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Dekabr 2012 09:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Ermənistan silahlıları altı istiqamətdə atəşkəsi pozublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində, Füzuli rayonunun işğal edilmiş Qorqan, Aşağı Əbdülrəhmanlı, Goranboy rayonunun Gülüstan, Agdam rayonunun Cəvahirli kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti