...

Türkiyənin Qarabağ münaqişəsinin həllinə cəlb olunması ABŞ-ın regiondakı siyasətinin genişlənməsinə kömək edə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Aprel 2013 18:40 (UTC +04:00)
Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqe tutur. Bu barədə cümə günü Trend-ə açıqlamasında politoloq Rasim Ağayev bildirib.
Türkiyənin Qarabağ münaqişəsinin həllinə cəlb olunması ABŞ-ın regiondakı siyasətinin genişlənməsinə kömək edə bilər

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir M.Əliyev/

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqe tutur. Bu barədə cümə günü Trend-ə açıqlamasında politoloq Rasim Ağayev bildirib.

Politoloqun sözlərinə görə, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb olunması ABŞ-ın regiondakı siyasətinin genişlənməsinə kömək edə bilər.

Xatırladaq ki, ABŞ-ın dövlət katibi Con Kerri aprelin 18-də Nümayəndələr Palatasında çıxışı zamanı bildirib ki, Türkiyə Dağlıq Qarabağ və Kipr məsələlərinin nizamlanmasında konstruktiv oyunçu olacaq.

Amerikanın Erməni Milli Konqressi (ANCA) Con Kerrini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin böyük rolunu qeyd etdiyinə görə tənqid edib. ANCA "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Türkiyə və Ermənistan arasında dost münasibətlər olmasa da, dövlət katibi Con Kerri Dağlıq Qarabağ məsələsində Ankaranın böyük rolu olduğunu ön plana çəkir.

"ABŞ bütün dünyada dominantlıq edən gücdür. Türkiyə artıq regional gücə və Amerika siyasətinin Yaxın Şərq və Cənubi Qafqazda yayıcısına çevrilib. Ermənilər isə bu məsələdə inadkarlıq göstərir", - Ağayev bildirib.

Onun sözlərinə görə, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında qeyri-müəyyənliyi problemin həlli müddətini uzadır.

Politoloq deyib ki, Azərbaycan yeni şəraitə düzgün reaksiya versə, yaxşı siyasi kapital yığa bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti