...

Erməni silahlı bölmələri mövqelərimizi yenidən atəşə tutublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 May 2013 09:38 (UTC +04:00)
Erməni silahlı bölmələri mövqelərimizi yenidən atəşə tutublar.
Erməni silahlı bölmələri mövqelərimizi yenidən atəşə tutublar

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir İ.İsabalayeva/

Erməni silahlı bölmələri mövqelərimizi yenidən atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Mərzili, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli, Aşağı Əbdülrəhmanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti