...

Mübariz Əhmədoğlu: Azərbaycanda prezident seçkilərinin Dağlıq Qarabağ tənzimlənməsinə maneçilik edəcəyi haqda fikirlər əsassızdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 May 2013 14:52 (UTC +04:00)
Azərbaycanda Prezident seçkilərinin Dağlıq Qarabağ tənzimlənməsinə maneçilik edəcəyi və ya Dağlıq Qarabağ mümaqişəsinin prezident seçkilərindən sonraya saxlanması ilə bağlı mətbuatda yayılmış fikirlərin heç bir əsası yoxdur.
Mübariz Əhmədoğlu: Azərbaycanda prezident seçkilərinin Dağlıq Qarabağ tənzimlənməsinə maneçilik edəcəyi haqda fikirlər əsassızdır

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda prezident seçkilərinin Dağlıq Qarabağ tənzimlənməsinə maneçilik edəcəyi və ya münaqişənin həllinin prezident seçkilərindən sonraya saxlanması ilə bağlı mətbuatda yayılmış fikirlərin heç bir əsası yoxdur.

Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu fikirlər ehtimal ki, mətbuatın məhsuludur: "Dağlıq Qarabağ tənzimlənməsi Azərbaycandakı prezident seçkilərinə təsir etmir, əksinə, bu prezident seçkiləri ərəfəsində vəziyyəti daha da yaxşılaşdıra bilər. Prezident seçkiləri Dağlıq Qarabağ tənzimlənməsinə maneçilik edərsə, o zaman Azərbaycandakı prezident seçkiləri növbəti beş il üçün təxirə salınmalı, bütün resurslar Dağlıq Qarabağ tənzimlənməsinə yönəlməlidir".

Əhmədoğlu qeyd edib ki, Dağlıq Qarabağ tənzimlənməsinin prezident seçkilərindən sonraya saxlanılması Rusiya mətbuatının qərəzli uydurmasıdır və erməniləri vəziyyətdən çıxarmağa yönəlib: "O cümlədən Rusiya mətbuatının "Eurovision"la bağlı mövzunu Dağlıq Qarabağla bağlı mövzudan daha üstün hesab etməsi də sağlam niyyətdən xəbər vermir. Ən azı, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin birgə konfransında RF XİN rəhbərinin Dağlıq Qarabağ tənzimlənməsinə dair söylədiyi fikirlərin həcmi "Eurovision" ilə bağlı söylədiyi fikirlərin həcmindən 7 dəfə çoxdur. Azərbaycan 20 ildir ki, torpaqlarının 20 faizini itirib. Rusiya isə mahnı yarışmasında 10 xal itirib. İndi Rusiyanın itirdiyi 10 xalı Azərbaycanın itiridyi 20 faiz torpaqdan üstün tutması Rusiyanın ədalətliliyinin göstəricisi sayıla bilməz".

Əhmədoğlu qeyd edib ki, ölkəmizin də bəzi mətbuat orqanları bu nüansı qavramaqdan uzaqda oldu: "Lavrovun Dağlıq Qarabağ tənzimləməsi ilə bağlı səsləndirdiyi taleyüklü fikirlər bizim mətbuatda da öz əksini tapmadı. Eləcə də bizim mətbuatda əsassız olaraq antirusiyaçılıq var və bunun qarşısının alınması da çox zəruridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti