...

Novruz Məmmədov: Proseslərin bu şəkildə davamı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə olan ümidləri tükədir (ƏLAVƏ OLUNUB)(FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyul 2013 13:45 (UTC +04:00)
Novruz Məmmədov çıxışında xatırladıb ki, Azərbaycan ərazisinin 20 faizi-Dağlıq Qarabağ və ona bitişik yeddi rayon 20 ildən çoxdur ki, işğal altındadır.
Novruz Məmmədov: Proseslərin bu şəkildə davamı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə olan ümidləri tükədir (ƏLAVƏ OLUNUB)(FOTO)

Azərbaycan, Bakı, 4 iyul / Trend, müxbir S.Əhmədova /

Proseslərin bu şəkildə davamı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə olan ümidləri tükədir.

Trend-in məlumatına görə, bunu cümə axşamı Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Londonda "Siyasi gündəliyin əhatəsini genişləndirmək: Britaniya və Azərbaycan münasibətləri Avropa kontekstində" mövzusunda keçirdiyi konfransda çıxışı zamanı bildirib. Məlumatı SAM-ın mətbuat xidməti yayıb.

PA rəsmisinin sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin və onların nümayəndələrinin münaqişənin həlli ilə birbaşa məşğul olması bu məsələnin digər çərçivədə müzakirəsini qeyri-mümkün edir: "Münaqişənin həlli ilə məşğul olan həmsədr ölkələrin nümayəndələri indiyə kimi heç bir irəliləyiş əldə etməyiblər. Bundan əlavə, həmsədrlərin bəyanatları beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsinə istinad etmir. Bu, müzakirələrin gedişi ilə bağlı narahatlıq yaradır".

Novruz Məmmədov çıxışında xatırladıb ki, Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon 20 ildən çoxdur ki, işğal altındadır: "Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində etnik təmizləmə siyasəti həyata keçirilib. Bir milyondan artıq insan qaçqın və məcburi köçkün olub. Münaqişənin həlli istiqamətidə 20 ildən artıqdır atılan ​​addımlar heç bir nəticə vermir".

Məmmədov bildirib ki, BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi dörd qətnaməsinə və digər beynəlxalq təşkilat və institutların ədalətli mövqeyinə baxmayaraq, vəziyyət dəyişməyib və müharibə təhlükəsi hələ də qalmaqdadır.

PA rəsmisinin sözlərinə görə, bəzi təşkilatlar və hökumət qurumlarının hesabatları Azərbaycanda demokratiya və insan hüquqlarının pozulmasını iddia edir, lakin, qaçqın və məcburi köçkünlərin bütün hüquqlarının pozulması ilə əlaqədar heç bir şey deyilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti