...

Elmar Məmmədyarov və Edvard Nalbandyan Vyanada nələri müzakirə edəcəklər?

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyul 2013 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir S.Əhmədova/

Bu gün Vyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri Jak For (Fransa), Yan Kelli (ABŞ) və İqor Popov (Rusiya) ilə görüş keçirəcək. Bu barədə Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edəcək.

E.Abdullayev deyib ki, Məmmədyarov həmsədrlərin iştirakı ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla da görüşəcək.

Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti