...

Cəbhə xəttində atəşkəs yenidən pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 İyul 2013 09:50 (UTC +04:00)
Azərbaycan əraziləri Ermənistan tərəfindən atəşə tutulub.
Cəbhə xəttində atəşkəs yenidən pozulub

Azərbaycan, Bakı, 31 iyul / Trend, müxbir M.Əliyev/

Azərbaycan əraziləri Ermənistan tərəfindən atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti