...

Səfir: Dağlıq Qarabağ münaqişənin həlli regional əməkdaşlıq üçün yeni imkanlar açacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Oktyabr 2013 14:44 (UTC +04:00)
Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişənin həlli regional əməkdaşlıq üçün yeni imkanlar açacaq və regiona davamlı sabitlik və rifah gətirəcək.
Səfir: Dağlıq Qarabağ münaqişənin həlli regional əməkdaşlıq üçün yeni imkanlar açacaq

Azərbaycan, Bakı, 14 oktyabr / Trend, müxbir S.Əhmədova /

Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişənin həlli regional əməkdaşlıq üçün yeni imkanlar açacaq və regiona davamlı sabitlik və rifah gətirəcək. Bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov ölkənin "The Economist" jurnalının 4 oktyabr sayında dərc edilmiş "Dağlıq Qarabağ: İrinləyən yara" başlıqlı məqaləsinə cavab olaraq ünvanladığı məktubunda bildirib.

Trend-in Azərbaycanın Londondakı səfirliyinə istinadən verdiyi məlumata görə, məktubda səfir Fəxrəddin Qurbanov Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalını davam etdirməsinin Cənubi Qafqaz regionunda sülh və sabitliyi təhdid etdiyini qeyd edib və bunun bütövlükdə regionun gələcəyi üçün qeyri-sabitlik mənbəyi olduğunu vurğulayıb.

Həmçinin səfir F.Qurbanov münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının və məcburi köçkünlərin öz doğma yurdlarına geri dönməsinin vacibliyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti