...

Erməni hərbçilər Füzuli istiqamətində atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2013 09:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Erməni hərbçilər Füzuli istiqamətində atəşkəsi pozublar.

Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti