...

Ceyms Uorlik tərəfləri atəşkəs rejminə əməl etməyə çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Fevral 2014 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir E.Mehdiyev/

ATƏT Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Ermənistan və Azərbaycan hökumətlərini "Soçı Olimpiya atəşkəsi"ni davam etdirməyə və atəşkəs rejminə əməl etməyə çağırıb.

Trend-in məlumatına görə, bu barədə C.Uorlik öz "twitter" səhifəsində yazıb.

Həmsədr qeyd edib ki, artıq çoxlu insan olüb: "Siz bununla razısınızmı?"

Qeyd edək ki, "Olimpiya barışığı"ndan sonra erməni silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun iki əsgəri şəhid olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti