...

Azərbaycan Ordusunun mövqeləri növbəti dəfə atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2014 09:37 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Azərbaycan Ordusunun mövqeləri növbəti dəfə atəşə tutulub

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycan Ordusunun mövqeləri növbəti dəfə atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti