...

ABŞ-ın Konnektikut Ştatının Nümayəndələr Palatası Xocalı qətliamının 22-ci ildönümünün anılmasına dair sənəd qəbul etdi (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 May 2014 09:49
Konnektikut ştatının Hartford şəhərində Ştat Kapitoliy (State Capitol) binasında (yerli qanunverici orqanın yerləşdiyi bina) təşkil olunmuş 4-cü illik Türkü Gününün (4th Annual Turkic Day at the State Capitol) həsr olunmuş tədbir keçirilib.
ABŞ-ın Konnektikut Ştatının Nümayəndələr Palatası Xocalı qətliamının 22-ci ildönümünün anılmasına dair sənəd qəbul etdi (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir E.Mehdiyev/

Konnektikut ştatının Hartford şəhərində Ştat Kapitoliy (State Capitol) binasında (yerli qanunverici orqanın yerləşdiyi bina) təşkil olunmuş 4-cü illik Türkü Gününün (4th Annual Turkic Day at the State Capitol) həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Trend-ə daxil olan məlumata görə, tədbir zamanı Konnektikut ştatı Nümayəndələr palatası spikeri müavini Kevin Rayan (Kevin Ryan) və Nümayəndələr palatasında çoxluğun lideri Co Aresimoviç (House majority leader Joe Aresimowicz) Xocalı qətliamının 22-ci ildönümünün anılması haqqında onların təşəbbüsü ilə Konektikut Ştatı Nümayəndələr Palatası tərəfindən qəbul olunmuş sənədi tədbirdə iştirak edən Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin müşaviri Məmməd Talıbova təqdim etdilər.

Bundan sonra çıxış edən Azərbaycanlı diplomat Konnektikut ştatı qanunverici orqanın nümayəndələrinə Azərbaycan xalqı tarixinin faciəli səhifəsi olan Xocalı qətliamının unudulmamasına görə təşəkkürünü bildirdi. Azərbaycan ərazilərinin hələ də işğal altında olduğunu qeyd edən diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionda sülh və sabitliyə ən böyük təhlükə olaraq qaldığını vurğuladı. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları əsasında tezliklə həll edilməsində ABŞ-ın daha fəal olmasının zəruri olduğunu bildirdi.

Tədbirdə həmçinin Konnektikut ştatının ədliyyə naziri Corc Cepsen (George Jepsen) və Nümayəndələr palatası üzvləri iştirak etmişdir.

Bundan sonra Azərbaycan təmsilçisi Nümayəndələr palatasının plenar iclası zamanı rəsmi olaraq salamlandı və Nümayəndələr palatasının spikeri Brendan Şarki (Brendan Sharkey) ilə qısa görüş keçirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti